13 noyabr 2015 22:55

Azərbaycan Almaniyaya da uduzdu

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız bu tsikldəki altıncı oyununda səfərdə qrup lideri Almaniya ilə üz-üzə gəlib.

Xatırladaq ki, millimiz sentyabrın 8-də Bakıda bu komanda ilə qarşılaşmadan böyük hesablı məğlubiyyətlə ayrılmışdı - 0:3. Onsuz da bərbad çıxışı ilə seçilən gənclər yığmamızın səfərdə almanlara daha biabırçı hesabla uduzması istisna edilmirdi. Çünki qrup lideri keçirdiyi əvvəlki üç oyunda qol buraxmadan 13 top vurmuşdu və maksimum göstəriciyə malik idi. Amma maraqlıdır ki, U-21 yığmamız səfər oyununda daha layiqli çıxış edib. Görüşdə hesabı da məhz millimiz açıb. Almanları bu seçmə mərhələdə ilk dəfə məyus edən isə Məqsəd İsayev olub. Amma futbolçularımız bu üstünlüyü sonadək qoruya bilməyiblər. Almanlar elə fasiləyə qədər hesabda önə keçməyə nail olublar. İkinci hissədə isə komandamız qapısında bir qol görüb. Nəticədə, görüş yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitib.

Millimizə gəlincə, yalnız ilk turda səfərdə Farer adalarına 1:0 hesabıyla qalib gəldikdən sonra futbolçularımız Avstriyaya (evdə 0:2, səfərdə 0:7), Almaniyaya (evdə 0:3) və Finlandiyaya (evdə 0:1) uduzmuşdu.

Bu gün millimizin qrupunda daha bir görüş keçirilib. Avstriya doğma meydanda Finlandiya ilə üz-üzə gəlib. Qarşılaşma avstriyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup

13 noyabr

Almaniya - Azərbaycan - 3:1 (2:1)
Qollar: M.İsayev, 30 (0:1). T.Verner, 37 (1:1). M.Arnold, 43 (2:1). T.Verner, 63 (3:1).
Sarı vərəqə: V.Mustafayev, 5. A.Nağıyev, 33.
Baş hakim: Tsvetan Krastev (Bolqarıstan).
Regensburq. "Kontinental Arena".

Almaniya: 12. Timon Vellenroyter, 2. Jeremi Toljan, 5. Niklas Süle, 16. Kevin Akpoquma, 3. Mitxell Veyser, 7. Maks Meyer, 8. Leon Qoretska (k), 17. Coşua Kimmix (18. Yanik Haberer, 82), 21. Maksimilian Arnold (10. Mark Stendera, 70), 15. Timo Verner, 22. Serce Qnabri (11. Yulian Brandt, 46).
Ehtiyat oyunçular: Yannik Hut, 4. Conatan Ta, 6. Yulian Vayql, 9. Devi Zelke.
Baş məşqçi: Horst Hrubeş.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev (23. Budaq Nəsirov, 81), 20. Azər Salahlı (k), 6. Vüqar Mustafayev, 7. İltər Taşkın, 8. Elşən Abdullayev (17. Abbas Hüseynov, 76), 16. Elvin Camalov, 11. Kərəm Benke (9. Fəhmin Muradbəyli, 67).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 18. Fuad Bayramov, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.

1Almaniya4400161+1512
 2Avstriya4400153+1212
 3Finlandiya53026609
4Rusiya310256–13
5Azərbaycan6105216–143
6Farer adaları4004012–120

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.