13 noyabr 2015 00:40
Xəzər Lənkəranın daha bir yay transferi komandadan getdi
"Xəzər Lənkəran" yayda transfer etdiyi daha bir futbolçu ilə vidalaşmalı olub. Azerisport.az xəbər verir ki, bu, polşalı qapıçı Pavel Kapsadır.
Beləliklə, cənublular bu yay transfer etdikləri oyunçuların hamısı ilə vidalaşıb. Kapsa onların son nümayəndəsi idi.
Maraq üçün xatırladaq ki, "Xəzər Lənkəran" yay transfer pəncərəsi dövründə bir neçə transfer həyata keçirsə də, FİFA-nın məlum qadağası səbəbindən onları ən yaxşı halda qış fasiləsindən sonra oynada bilərdi. Bu üzdən də həmin futbolçular tədricən cənub klubu ilə yollarını ayırmağa qərar verdilər.
