13 noyabr 2015 00:15
Rusiya Azərbaycanla oyun öncəsi Farer adalarına qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2017-nin seçmə mərhələsində mübarizə apardığı 7-ci qrupda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Rusiya öz meydanında Farer adaları ilə üz-üzə gəlib.
Qarşılaşma şimal qonşularımızın qələbəsi ilə başa çatıb - 2:0. Qolları Ramil Şeydayevlə Andrey Panyukov vurub.
Qeyd edək ki, Azərbaycanın U-21 yığması bu gün səfərdə Almaniya ilə üz-üzə gələcək. Noyabrın 17-də isə komandamız Bakıda Rusiya ilə qarşılaşacaq.
| Komandalar | O | Q | H | M | T-F | X |
| Almaniya | 3 | 3 | 0 | 0 | 13-0 | 9 |
| Avstriya | 3 | 3 | 0 | 0 | 13-3 | 9 |
| Finlandiya | 5 | 3 | 0 | 2 | 6-6 | 9 |
| Rusiya | 3 | 1 | 0 | 2 | 5-6 | 3 |
| Azərbaycan | 5 | 1 | 0 | 4 | 1-13 | 3 |
| Farer adaları | 4 | 0 | 0 | 4 | 0-12 | 0 |
