12 noyabr 2015 18:40
Prosineçki Sadıqovu əvəz etməyəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədələnib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu bu üzdən noyabrın 17-də Moldovaya qarşı Bakıda keçiriləcək yoxlama oyununda iştirak etməyəcək.
Saytımıza verilən məlumata görə, millimizin baş məşqçisi Robert Prosineçki Sadıqovun əvəzində yığmaya başqa futbolçu dəvət etmək barədə düşünmür. O, hazırda yığmanın düşərgəsində olan oyunçularla kifayətlənəcək.
