12 noyabr 2015 17:40
Millimizin qapıçısı: Türkiyə ilə oyuna yalnız qələbə üçün çıxacağıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Tolqa Şahin AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz matça yaxşı hazırlaşmışıq. Meydana yalnız qələbə üçün çıxacağıq. İlk oyunda Ukraynaya məğlub olsaq da, komandamızda motivasiya yüksəkdir. Matçın startını gözləyirik. Uşaqların hamısı qələbəyə inanır. Bu oyunda hər şey özümüzdən asılı olacaq. Ukrayna güclüdür, ya Türkiyə? Bunu Türkiyə ilə oyundan sonra deyə bilərəm".
