12 noyabr 2015 17:00

Petev: Azərbaycan Sofiyada pis oynamadı, biz onlara istədikləri kimi çıxış etməyə imkan vermədik

Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Sofiyada Azərbaycan üzərində qazandıqları 2:0 hesablı qələbəni yada salıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Rəqibi hər zaman düzgün qiymətləndirmək lazımdır. Mənim üçün Azərbaycanla oyun ən yaxşılardan biri idi. Komandamızın həmin oyundakı çıxışı çox xoşuma gəldi. Futbolçularımız hər iki hissədə aqressiv futbol sərgilədilər, top saxladılar, oyuna nəzarəti tam əldə saxladılar. Həmin oyun ərəfəsində maraqlı fikirlər var idi. Guya Azərbaycan yığması dəhşətli dərəcədə zəifdir, heç bir futbol ənənələri yoxdur. Amma unudurdular ki, bu komnda Norveç və Xorvatiyadan xal almışdı. Özü də Robert Prosineçkinin rəhbərliyi altında altı ay idi məğlubiyyət tanımırdı. Azərbaycan yığması Sofiyada pis oynamadı, sadəcə, biz onlara istədikləri kimi çıxış etməyə imkan vermədik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.