12 noyabr 2015 16:00
Neftçi Xəzər Lənkərana məğlubiyyəti təkzib etdi
"Neftçi" PFK bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla tanış edir:
"Son günlərdə bəzi KİV-də 04.11.2015-ci il tarixdə U-19 Liqasının 5-ci turu çərçivəsində keçirilmiş “Neftçi” - “Xəzər Lənkəran” matçında komandamıza texniki məğlubiyyətin verildiyi haqqında məlumat yayılıb. Bildiririk ki, bu informasiya həqiqəti əks etdirmir. 04.11.2015-ci il tarixində “Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandası səfərdə AZAL klubu ilə qarşılaşıb və görüş 0:2 hesabı ilə başa çatıb. “Neftçi” PFK olaraq KİV-dən belə informasiyaları yayarkən daha diqqətli olmağı xahiş edirik".
