12 noyabr 2015 15:00
İnterlə Zirə yoxlama oyunu keçirəcək
"İnter" Topaz Premyer Liqasında yaranmış fasilədən maksimum yararlanmaq üçün yoxlama oyunu keçirməyə qərar verib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın turnir cədvəlində qonşu olduğu "Zirə" ilə sınaq matçına çıxacaq.
Bu görüş noyabrın 15-də "İnter Arena"da baş tutacaq. Matç saat 16:00-da start götürəcək.
