12 noyabr 2015 14:00

Nazim Süleymanov: Nə belə oyun, nə də belə nəticə gözləyirdim

19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Nazim Süleymanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Öncə Ukraynaya böyük hesablı məğlubiyyətlə bağlı fikirlərinizi bilmək istəyərdik...
- Oyunla bağlı yaxşı fikirlər söyləmək olmaz. Gənc futbolçulara belə məğlubiyyətlə barışmaq çox çətindir. Əsas odur ki, onlar həmin gün futbol oynamadıqlarını başa düşsünlər. Topu sadəcə, qabağa vurmaq futbol deyil. İstənilən hesabla qalib də gəlmək olar, uduzmaq da. Amma əsas futbol oynamaqdır. Biz heç qol vəziyyəti yarada bilmirdik. Bu turnir bizim üçün vacib əhəmiyyət daşıyır. Amma eyni zamanda futbolumuzun gələcəyini düşünməliyik. Çünki bu futbolçular bizim gələcəyimizdir. Onlar da indidən futbol oynamağa başlamalıdırlar.

- Sizin üçün bu nəticə gözlənilməz olmadı?
- Şübhəsiz ki, mən nə belə oyun, nə də nəticə gözləyirdim. Bu, məni narahat edir. Çünki biz top saxlamağı, hücum etməyi bacarırıq. sadəcə, birinci oyunda bunu bacarmadıq. Uşaqlarda bir qədər həyəcan var idi.

- Ola bilər ki, siz də haradasa səhv etmisiniz?
- Komanda uduzubsa, hər kəs günahkardır. Amma digər tərəfdən mən meydana çıxıb onlarla birgə qaçmalı deyiləm. Futbol səhvlərdən ibarət oyundur. 90 dəqiqə diqqətli oynamaq lazımdır ki, bu səhvlərin sayı az olsun.

- Komandamızın qrupdan çıxmaq şansları barədə nə düşünürsünüz?
- Ukrayna qrupun ən yaxşı komandasıdır. 0:4 heç də bizim nəyə qadir olduğumuzun göstəricisi sayıla bilməz. Turnir doğma meydanımızda keçirilir və bundan maksimum istifadə etməliyik. Bundan sonrakı oyunlarda mütləq qələbə qazanmalıyıq.

- Yığmamız bu gün Türkiyəyə qarşı istənilən oyunu sərgiləyə biləcək?
- Bu rəqibi udmaq olar və udmaq lazımdır. Uşaqları bu görüşə ən yaxşı şəkildə kökləməliyik.

- Yığmamız elit raunda çıxa bilməsə necə olacaq?
- Tələsməyək. Biz ancaq uğur qazanmaq barədə düşünürük. Elit mərhələyə çıxmaq lazımdır.

- Bu gün Ukrayna yığmasının Bosniya və Herseqovinaya qalib gəlməsini arzulayacaqsınız?
- Bəli. Amma biz qələbə qazana bilməsək, bunun heç bir önəmi qalmayacaq.

- Doğma meydanda keçirilən oyunlarda kifayət qədər azarkeş dəstəyinin olmaması sizi narahat etmir?
- Əlbəttə, tribunalarda daha çox azarkeş görmək istəyərdim. Amma gələnlərə də ancaq sağ ol deyə bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.