12 noyabr 2015 13:20
Rəşad Sadıqov Tottenhemə qarşı oynaya bilməyəcək
Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bir ay yaşıl meydanlardan kənarda qala bilər. Azerisport.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən futbolçunun durumu heç də yaxşı deyil.
Belə ki, onun iki-üç həftə oynamaması məsləhət görülüb. Belə olan halda Sadıqov nəinki millimizin Moldova ilə noyabrın 17-dəki yoxlama oyununda, həmçinin "Qarabağ"ın qarşıdakı oyunlarda meydana çıxması mümkün olmayacaq. Sadıqovun hətta Avropa Liqası çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı Bakıdakı oyunda da iştirakı sual altındadır. Həmin oyun noyabrın 26-da keçiriləcək.
