12 noyabr 2015 12:40
Qəbələnin forvardı izlədi, Estoniya Gürcüstanı darmadağın etdi
Estoniya və Gürcüstan yığmaları Tallində yoxlama oyununda üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, estonlar bu görüşdə 3:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, "Qəbələ"nin hücumçusu Sergey Zenyov da bu oyuna dəvət almışdı. Amma o, komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.
