12 noyabr 2015 11:40

Elvin Məmmədov: Moldova ilə oyuna nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşıdır

Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi

- Toplanış necə gedir?
- Hər şey normaldır. Məşqlərimiz öz qaydası ilə gedir. Çempionat oyunlarına görə yorğunluq olduğunu deməzdim. Çünki istirahət üçün də vaxtımız oldu.

- Yığmamızın növbəti rəqibi - Moldova ilə yoxlama oyunu barədə nə deyə bilərsiniz?
- Onların oyunlarına baxmışam. Məsələn, Rusiyaya qarşı AÇ-2016-nın seçmə mərhələ oyununu görmüşəm. Yaxşı komandadır. Bizim üçün isə hər bir rəqib güclü komanda hesab olunur.

- Bu komanda ilə görüş millimizin Bakı Olimpiya stadionunda ikinci oyunu olacaq. İlin son oyununda bu arenada ilk dəfə qələbə qazanmaq yaxşı olardı. Elə deyilmi?
- Buna çox ümid edirik. Əminəm ki, meydana çıxacaq futbolçular bunun üçün əlindən gələni edəcək.

- Yoxlama oyunu olduğunu nəzərə alsaq, böyük ehtimalla arenada boşluqlar çox olacaq. Çünki millinin oyunları zamanı 30 minlik Tofiq Bəhramov adına respublika stadionunu doldurmaq mümkün olmur, nəinki 65 minlik arenanı...
- Yoxlama oyunu olduğunu başa düşürük. Amma azarkeşlər komandamızı dəstəksiz qoymasalar, yaxşı olar. Nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşıdır.

- Sizcə, 2014-cü ildə sizdən incik düşən azarkeşlərdə bu ilki çıxışınızla inam yarada bilmisiniz?
- Əlbəttə, ötən il bizim üçün çox uğursuz alındı. Amma bu ilə yaxşı başladıq. Bir neçə oyun ardıcıl məğlub olmadıq. Sadəcə, son iki görüşdə meydanı məğlub tərk etmişik. Onlardan da biri İtaliya ilə görüşə təsadüf edib. Bolqarıstanla oyunumuz isə qətiyyən alınmadı. Halbuki, belə məğlubiyyətlə üzləşməməli idik. Amma futbolda hər şey olur. İstənilən halda komandamızın inamı geri qaytardığını düşünürəm.

- Sizə elə gəlmir ki, Moldova ilə oyunda eksperimentdən daha çox nəticəyə önəm veriləcək?
- Qələbə qazansaq, buna ancaq sevinə bilərik. Amma təbii ki, səhvlər də mümkündür. Hər kəs səhv edə bilər.

- Ötən tsikldə sizi meydanda görə bilmədik. Bu oyunda meydana çıxmaq şansınız var?
- Ümid edirəm. Seçmə mərhələdə oynamadım. Amma bu oyunda şans qazansam, ondan maksimum yararlanmağa, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.

- "Qarabağ"ın da heyətində Avroliqa oyunlarında az şans qazanırsınız. Səbəb nədir?
- Buna baş məşqçi qərar verir. Avroliqada oynamıramsa, deməli, günah özümdədir. Daha çox çalışmalı, məşq etməliyəm ki, mən də bütün oyunlarda meydana çıxmaq şansı qazanım.

- 12 turdan sonra çempionata liderlik etməyiniz yəqin ki, ürəyinizcədir...
- Hər şey normaldır. Lider olmaq xoşdur. Amma mənə elə gəlir ki, daha yaxşı çıxış edə bilərik. Bu mövsüm çox gərgin keçir. Ən azından ona görə ki, Avroliqada da mübarizə aparırıq. Bu, futbolçular üçün daha çox oyun təcrübəsi deməkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.