12 noyabr 2015 00:15

Yığmamızın futbolçuları son turda: 22 nəfərə 5 qol!

Azerisport.az sizi ənənəvi olaraq, noyabrın 17-də Moldova ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisinə dəvət alan futbolçuların klublarının heyətindəki göstəriciləri ilə tanış edir.

Qapıçılar
Kamran Ağayev ("Karşıyaka", Türkiyə): Qapıçı İzmir derbisində "Göztəpə" ilə matçda 90 dəqiqə oynayıb və qapısını toxunulmaz saxlamağı bacarıb (1:0). Bu, Ağayev üçün Türkiyə PTT 1-ci liqasının cari mövsümünün geridə qalan 11 turunda 3-cü "quru" hesablı oyunu olub.
Aqil Məmmədov ("Neftçi"): Topaz Premyer Liqasının 12-ci turunda "Rəvan"la qarşılaşmada (2:3) iştirak etməyib.
Anar Nəzirov ("Zirə"): "Sumqayıt"a qarşı 90 dəqiqə meydanda olduğu oyunda iki qol buraxsa da, komandası qələbə qazanıb (3:2).
Səlahət Ağayev ("İnter"): "Qəbələ"yə qarşı oyunda 90 dəqiqə mübarizə aparıb, bir qol buraxıb (1:1).

Müdafiəçilər
Tərlan Quliyev ("Kəpəz"): AZAL-la oyunda 90 dəqiqə çıxış edib, komandası heç-heçə edib (1:1).
Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"): Rəşad sonuncu dəfə Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa "Monako"su ilə qarşılaşmada 90 dəqiqə meydanda olub və qol ötürməsi ilə yadda qalıb (1:1). Əvəzində o, "Xəzər Lənkəran"la oyunu buraxmalı olub (1:0). Amma Bədavi ilə Maksim həm "Monako", həm də "Xəzər Lənkəran"la oyunda 90 dəqiqə meydanda olub.
Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hamısı "Qəbələ"): Arif "İnter"ə qarşı oyunda 90 dəqiqə meydanda olub, Ürfanla Məhəmməd isə bir hissə mübarizə aparıb. Hər üç futbolçu bu görüşdə sarı vərəqə ilə cəzalanıb.
Pavel Paşayev ("Metallurq", Zaporojye): Luqansk "Zarya"sı ilə səfər oyununda iştirak etməyən Paşayevin komandası darmadağınla üzləşib - 1:4.

Yarımmüdafiəçilər
Rəşad Eyyubov ("Kəpəz"): AZAL-la qarşılaşmada 90 dəqiqə çıxış edib, sarı vərəqə ilə yadda qalıb.
Qara Qarayev, Elvin Məmmədov, Əfran İsmayılov ("Qarabağ"): İsmayılov "Xəzər Lənkəran"la matçda 65 dəqiqə meydanda olub və komandasının yeganə qoluna imza atıb. Məmmədov 90 dəqiqə mübarizə aparıbsa, Qarayev sonadək ehtiyat oyunçular skamyasında qalıb.
Rəhman Hacıyev ("Neftçi"): "Rəvan"la oyunda 90 dəqiqə çıxış edib.
Toğrul Erat ("Fortuna", Düsseldorf, Almaniya): Almaniya qərb regional liqasının 15-ci turu çərçivəsində "Alemaniya" ilə qarşılaşmada 89 dəqiqə mübarizə aparıb, komandasının qələbəsinə (3:1) bir qolla töhvə verib.
Rahid Əmirquliyev, Elşən Rzazadə (hər ikisi "Xəzər Lənkəran"): Hər ikisi "Qarabağ"la qarşılaşmada 90 dəqiqə meydanda olub.

Hücumçular
Ruslan Qurbanov ("Neftçi"): "Rəvan"a uduzduqları görüşdə 90 dəqiqə meydanda olub, iki qol vurub.
Ağabala Ramazanov ("Sumqayıt"): "Zirə" ilə qarşılaşmada 90 dəqiqə meydanda olub, qol vursa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib (2:3).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.