12 noyabr 2015 00:30
Məmmədovun idarə etdiyi oyunda darmadağın
Azərbaycanlı FİFA referisi Orxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində oyun idarə edib. Azerisport.az xəbər verir ki, o, Xorvatiya bu ölkənin gənclərdən ibarət komandası ilə San-Marino yığmasının oyununda ədaləti qoruyub.
Matç 4:0 hesabıyla xorvatların xeyrinə başa çatıb. Məmmədov bu görüşdə bir sarı vərəqə göstərib ki, o da qonaqların futbolçusu üçün çıxarılıb.
Qeyd edək ki, Məmmədova bu görüşdə yan xətt hakimləru Yaşar Abbasovla Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.
