11 noyabr 2015 19:00

Samir Əliyev: Neftçinin bəzi futbolçuları imkanlarından aşağı çıxış edir

"Neftçi"nin baş məşqçisi Samir Əliyevin azerisport.az saytına nüsahibəsi

- "Neftçi" heç də ondan gözlənilən oyunu göstərmir. Yəqin ki, siz də razı deyilsiniz...
- Komandanın oyunundan tək mən yox, "Neftçi"nin bütün azarkeşləri narazıdır. Ona görə də bu barədə çox danışmaq istəmirəm.

- "Neftçi"nin heyətində istedadlı gənclər, təcrübəli legionerlər cəmləşib. Elə isə uğursuz çıxışınızın səbəbi nədir?
- Bunun çoxlu səbəbi var. Amma komanda nəticə verə bilmirsə, deməli, səbəbkar baş məşqçidir.

- Ruslan Qurbanov "Rəvan"a məğlubiyyətdən sonra bildirdi ki, "Neftçi"də yüz faiz güc sərf etməyən futbolçular var. Siz onunla razısınız? Samir Əliyevin uğur qazanmasını istəməyən futbolçuların kimliyini bilirsiniz?
- Mən belə söhbətlərə inanmaq istəmirəm. Amma Ruslanla bir məsələdə razıyam ki, bəzi oyunçular öz imkanlarından aşağı çıxış edirlər. Mən də bunu başa düşə bilmirəm.

- Siz komandadan getmək istədiyinizi bir neçə dəfə açıqlamısınız. Sizi nə saxlayır?
- Biz bu məsələyə bir neçə gün sonra aydınlıq gətirəcəyik. Rəhbərliklə görüşdən sonra. Hər şey ola bilər.

- Növbəti turda sizi "Xəzər Lənkəran"la oyun gzləyir. Bu, sizin üçün sonuncu oyun ola bilər?
- Mən məğlubiyyət barədə düşünmürəm. Futbolda qələbə də qazanmaq olar, məğlub olmaq da. Amma uduzmağı da bacarmaq lazımdır. Mübarizə aparmaq, döyüşmək, kişi kimi oynamaq lazımdır.

- "Neftçi"də qalsanız, yəqin ki, yeni legionerlərin alınmasını istəyəcəksiniz...
- Komandada qalıb-qalmamağımdan asılı olmayaraq, heyəti gücləndirmək lazımdır. Əks halda "Neftçi" qara zolaqdan çıxa bilməyəcək, uğursuzluqlar davam edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.