11 noyabr 2015 18:30

Ştefan Stoyka: Azərbaycan ilə bizi ağır oyun gözləyir

Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka noyabrın 17-də Azərbaycana qarşı keçiriləcək yoxlama oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az sizi sözügedən mütəxəssisin açıqlamaları ilə tanış edir.

- Azərbaycan yığmasına qarşı necə oynayacağıq?
- Biz hələ də moldovalı futbolçuları yoxlamaq, onların hansı səviyyədə olduğunu görmək istəyirik. Bizi yenə ağır oyun gözləyir. Özünüz də bilirsiniz ki, hazırda bizim üçün qiymətli olan aparıcı futbolçularımız zədəlidir. Hətta qalanların da arasında bizim üçün yeni sürpriz var - Milinçanu başından zədə aldı və oynaya bilməyəcək. Kim varsa, onlardan yaxşı heyət qurmağa, Moldova üçün əlimizdən gələni etməyə çalışırıq. Mənim fikrimcə, ən vacib olan da budur. Yığmaya dəvət alan futbolçular son dövrlər özlərini yaxşı tərəfdən göstərə biliblər. Biz də Azərbaycanla oyunda əlindən gələni edəcək, 90 dəqiqə effektli oynaya biləcək futbolçulara şans verəcəyik.

- Azərbaycanla oyunun önəmi nə dərəcədə böyükdür? Yoxsa bu, sadəcə, oyunçuları sınaqdan keçirmək üçün bir fürsətdir?
- Fikrimcə, bu, bir testdir. Dediyim kimi, problemlərimiz çoxdur. Oyunumuzu onların üzərində qurduğumuz dörd aparıcı futbolçu zədəlidir. Futbolçumuz var ki, komandasını Rusiya Premyer Liqasında çox vacib oyun gözlədiyi üçün milliyə çağırmamağımızı xahiş ediblər.

- Yeni müqavilə imzalamısınız? Ya buna Azərbaycanla oyundan sonra qərar veriləcək?
- Əsas olan bu deyil. Daha vacib olan Moldova yığmasının yaxşı futbol sərgiləməsidir.

- Bu oyunun sizin yığmanın sükanı arxasında qalmağınız yolunda həlledici olacağını demək olar?
- Azərbaycanla oyun bu yolda heç bir rol oynamır. Mənim taleyim elə mənim öz taleyimdir (gülür). Moldova yığması da həmçinin.

- Bunu sizin Moldova yığması ilə müqavilə imzalamağınız kimi başa düşmək olar?
- Ən azından əl sıxmışıq və bu, iki kişinin söhbətində əsasdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.