11 noyabr 2015 18:00

Diniyev Darioya dəstək verdi

“Biz Darionun arxasındayıq, ona uğurla əməliyyat olunmasını, tezliklə “Kəpəz”in düşərgəsinə dönməsini arzulayırıq. Klubumuzun rəhbərliyi, komanda yoldaşları və mən baş məşqçi kimi ona dayaq durmuşuq, bundan sonra da dəstək verəcəyik”.

Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında deyib. Təcrübəli məşqçi Dario Frederikonun zədələnməsinə münasibət bildirərkən daha sonra bunları əlavə edib: “Bu futboldur, idmanda belə hallar olur. Biz buna normal baxıb qarşılamalıyıq. Dario komandamızın bütün gücü olmasa da, doğrudan da bizim üçün böyük qüvvə idi. Hücumlarda komandaya sürəti və texnikası ilə dəstək verən futbolçudur. Mənə elə gəlir ki, onu əvəz edən yetərincə oyunçumuz olacaq”.

Şahin Diniyev “Kəpəz”in bir futbolçudan asılı olmadığını və komandanın kollektiv oyuna üstünlük verdiyini vurğulayıb: “Frederikonun yeri görünəcək, amma çalışacağıq ki, bu itkinin yerini dolduraq. “Kəpəz”in oyun sistemi var və bu sistemdə oynaya biləcək futbolçular heyətə cəlb olunub. Komandamız kollektiv futbol oynayır, bizdə oyunun taleyini təkbaşına həll edəcək futbolçu yoxdur. Kollektiv var və bu kollektiv də Darionun yoxluğunu büruzə verməyəcək”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.