11 noyabr 2015 17:20
Vladimir Ambros: Rusiya və İsveçə yox, Azərbaycana qarşı oynayacağıq
Moldova yığmasının hücumçusu Vladimir Ambros Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz futbolçular bu oyunda qələbə qazanmaq, xalqımızı məyus etməmək üçün əlimizdən gələni edəcəyik. Çünki artıq nəticə qazanmağın zamanı çatıb. Elə bir komandaya qarşı oynayırıq ki, belə bir nəticə qazanmağımıza imkan verə bilər. Hər halda Azərbaycan yığması Rusiya və ya İsveç deyil. Məşqçiləri, bütün ölkəni məyus etməyəcəyimizə ümid edirik. Hədəfimiz yaxşı oynamaq, qələbə qazanmaqdır".
