11 noyabr 2015 16:40

Simeon Bulqaru: Azərbaycan yığmasına qalib gəlməliyik

Moldova yığmasının və "Daçiya"nın müdafiəçisi Simeon Bulqaru noyabrın 17-də keçiriləcək Azərbaycanla yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Uzun fasilədən sonra yığmaya qayıdırsan...
- Bəli, səhv etmirəmsə, iki illik fasilədən sonra yenidən yığmadayam. Düzünü desəm, sanki ilk dəfədir yığmaya gəlirəm. Özümü 18-19 yaşımdakı kimi hiss edirəm. Çox şadam. Ümid edirəm ki, bu sevincim uzun sürəcək və növbəti illərdə də yığmanın sıralarında olacağam.

- Moldova yığmasının reytinq cədvəlindəki utancverici mövqeyi barədə nə deyə bilərsən? Hazırda tariximizin ən pis göstəricisini yaşayırıq...
- Məncə, buna görə bütün futbolçularımız xoşagəlməz hisslər yaşayırlar. Çünki ilk dəfədir komandamız belə mövqeyə gəlib çıxıb. Amma ümid edirik ki, Azərbaycanla oyun bizə reytinq cədvəlində irəliləməyə imkan verəcək.

- Bu oyun üçün hədəfiniz nədir? Azərbaycanlılara qalib gəlmək istəyirsiniz?
- Fikrimcə, hər bir futbolçu qələbə qazanmaq istəyir. Bu oyunu da ondan ötrü keçiririk ki, nəticə qazanaq. Nəticə isə təbii ki, müsbət olmalıdır, qələbə qazanmalıyıq.

- Biz Azərbaycanla eyni səviyyədəyik?
- Oyunçuların qiyməti barədə məlumatım yoxdur. Bilirəm ki, onların iki futbolçusu Almaniyada oynayır. Amma bizdə də İtaliyada, Türkiyədə oynayan futbolçular var. Düzdür, indi onlar zədəlidirlər. Lakin mənə elə gəlir ki, dəyər baxımından səviyyə eynidir. Ola bilsin ki, onların çempionatı bizimkindən güclü olsun. Çünki orada idmana çoxlu investisiya yatırılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.