11 noyabr 2015 15:20
Taşkın Sertan: Ukraynaya 0:4 hesablı məğlubiyyət bizim üçün də gözlənilməz oldu
Azərbaycanın U-19 yığmasının müdafiəçisi Taşkın Sertan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilmiş oyunda 0:4 hesablı darmadağını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ukraynalılar topla oynayırdılar, biz isə baxırdıq. Bizə hücumda ucaboy futbolçu lazım idi ki, top saxlamağı bacarsın. Çünki irəlidə top saxlaya bilmirdik. Müdafiədən çıxmağı da bacarmırdıq. Rəqib mövqeləri yaxşı bağlamışdı. Müdafiə xətti top çıxarmaqdan yoruldu. Bu nəticə bizim özümüz üçün də gözlənilməz alındı. Çünki oyuna çox yaxşı hazırlaşmışdıq və motivasiyalı idik. Növbəti oyun Türkiyəyə qarşı olacaq. Bu görüş də çətin keçəcək. Amma biz xal qazanmaq istəyirik. Uğurlu nəticəyə imza atmağa çalışacağıq".
