11 noyabr 2015 14:00

Şahin Diniyev: Moldova bizim dişimizə görə rəqibdir

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi

- Gələn həftə Azərbaycan yığmasını Moldova ilə yoxlama oyunu gözləyir. Milliyə dəvət alanlar arasında sizin də komandadan iki futbolçu var - Tərlan Quliyev və Rəşad Eyyubov...
- Şübhəsiz ki, bu, məni sevindirir. Bütövlükdə, komandamızdan beş futbolçu müxtəlif yığmalara dəvət alıb. "Kəpəz"də çoxdan idi belə hal baş vermirdi. "Kəpəz"də çıxışedən futbolçuların milli komandalara dəvət olunması xoşdur. Fikrimcə, zaman keçdikcə, bu göstərici daha da artacaq.

- Rəqibin və oyunun statusunu nəzərə alsaq, komandanızın üzvləri Moldova ilə görüşə start heyətdə çıxa bilər?
- Fikrimcə, Moldova ilə necə oynamaq lazım olduğunu, hansı futbolçuların meydana çıxmasını Robert Prosineçki yaxşı bilir. Amma onun heyətdə eksperimentlərə əl atması mümkündür.

- Sizcə, ilin son oyunu üçün rəqib seçimimiz nə dərəcədə düzgündür?
- Moldova bizim dişimizə görə rəqibdir. Hesab edirəm ki, bu oyunda heyət və taktika ilə bağlı müəyyən eksperimentlər etmək olar. Amma yenə deyirəm ki, bunların hamısı Prosineçkinin qərarından asılıdır.

- Çempionatda növbəti fasilə yarandı. "Kəpəz" 12 günlük fasilədən necə yararlanacaq?
- Biz öz yolumuza davam edirik. Xoş məqamlar da var, mənfi məqamlar da. Komandamız hər görüşdə yaxşı futbol sərgiləməyə çalışır. Əsas odur ki, öz oyun üslubumuz var. Artıq ardıcıl altı oyundur uduzmuruq. Bunlar hamısı sevindirir. Amma bəzi oyunlarda qələbəni əldən verməmək də olardı. Məsələn, AZAL (1:1) və "Zirə" (2:2) ilə oyunlarda belə oldu. Hesab edirəm ki, bu oyunlarda biz rəqiblərimizlə müqayisədə 3 xala daha yaxın idik. Qol epizodlarını çox boşa veririk.

- Fasilədən sonra sizi son çempionla oyun gözləyir...
- "Qarabağ"la oyun öncəsi bizi daha çox narahat edən məqam4-5 futbolçumuzun yoxluğu narahat edir. Heyətdə dəyişiklik etmək üçün isə seçimimiz azdır. Dario Junior sıradan çıxıb, Bəxtiyar Soltanov cəzalı duruma düşüb, Kərim Diniyev hələ zədəsini sağaltmaqla məşğuldur. Budaq Nəsirovla Azad Kərimovun da zədəsi var. Amma meydana çıxanlar da meydanda maksimum güc qoyurlar. Qarşıda AZAL-la yoxlama oyunumuz var. Noyabrın 15-dən isə "Qarabağ"la oyunun hazırlığına başlayacağıq.

- Artıq qış fasiləsinə çox az qalıb. Artıq yanvarda hansı mövqelərə futbolçu alacağınızı götür-qoy etməyə başlamısınız?
- Transfer planlarımız, toplanışın harada keçirilməsi kimi məsələlər bu ilin sonunda hansı mövqedə qərarlaşmağımızdan asılı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.