11 noyabr 2015 13:00
Qarabağda istirahət başa çatır, məşqlər başlayır
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasiləylə əlaqədar olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 12-ci turun "Xəzər Lənkləran"la oyunundan sonra komandasına istirahət vermişdi. Azerisport.az xəbər verir ki, 3 günlük istirahət bu gün başa çatır və komanda sabahdan növbəti turda qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması noyabrın 21-də keçiriləcək.
