11 noyabr 2015 11:30

Samir Zərgərov: Azərbaycanda Qəbələdən güclü komanda yoxdur

"Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ"də nə baş verir?
- Komanda az qol vurur. Məşqlərdə bunun üzərində çalışırıq. Böyük ehtimalla, tədricən bu problemi yoluna qoyacağıq.

- Ola bilər ki, bu, Avropa Liqasındakı çıxışınızla əlaqədardır?
- Deməzdim ki, beynəlxalq arenadakı çıxışımız Premyer Liqadakı oyunlarımıza təsir göstərsin. Bəli, yorğunluq var. Amma mən bunu rəqiblərimizin "Qəbələ"yə qarşı müdafiə futbolu oynaması ilə əlaqələndirərdim. Son oyunlarımızı öz meydanımızda keçirmişik. Onların da hamısı, demək olar ki, təkqapı olub.

- "Qarabağ" da eyni şərtlər altında çıxış edir. Belə çıxır ki, "Qarabağ" buna daha çox hazırdır və ya sizdən güclüdür?
- Azərbaycanda "Qəbələ"dən güclü komanda yoxdur. "İnter"lə son oyunda 1:0 üstün olarkən ikinci qolu vura bilsəydik, hər şey tam fərqli olacaqdı.

- Ola bilər ki, legionerlər Avroliqadakı uğursuzluqdan sonra ruhdan düşüblər?
- Buna inanmıram. Peşəkar komandayıq, belə hallara yol vermək olmaz.

- Bəlkə Roman Qriqorçuk Ukraynaya qayıtsa yaxşıdır? Onsuz da komanda son dövrlər nəticə qazana bilmir...
- Onun gedişinin komandamıza faydalı olacağını deməzdim. Bu barədə heç kim düşünmür.

- "Qarabağ" artıq turnir cədvəlində sizdən xeyli uzaqlaşıb...
- Son turlarda çox xal itirməyimiz əsas rəqibimizin bizdən uzaqlaşmasına şərait yaratdı. Amma çempionat hələ davam edir və yenidən çempionluq mübarizəsinə qayıda bilərik.

- "Qarabağ" kimi komanda ilə xal fərqini azaltmağın çətin olacağını başa düşürsünüz?
- Çətin olacaq. Təəssüf ki, biz daha çox ev oyunlarında xallar itiririk. Amma onlara qarşı sonadək mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.