11 noyabr 2015 11:00

Rəşad Eyyubov: Kəpəzin Premyer Liqada uğurlu çıxışı yığmaya yolumu açdı

Xəbər verdiyimiz kimi, noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova milisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyətinə “Kəpəz”dən iki futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, Gəncə klubundan Tərlan Quliyev ilə Rəşad Eyyubov baş məşqçi Robert Prosineçkinin etimadını qazananlar arasındadır.

Quliyevlə müqayisədə Rəşad uzun fasilədən sonra yenidən Azərbaycan yığma komandasına çağırılıb. Yarımmüdafiəçi klub saytına açıqlamasında ölkənin bir nömrəli komandasına dəvəti haqda danışıb: “Sevinirəm ki, yenidən milliyə çağırıldım. Yığmada oynamaq hər bir futbolçu üçün şərəfdir. Milliyə tək özümə yox, həm də “Kəpəz” və komanda yoldaşlarıma görə dəvət almışam. Çempionatda uğurlu çıxışımız mənim yığmaya yolumu açıb”.

Rəşad Eyyubov qarşıdakı oyunla bağlı fikirlərini də bölüşüb: “Yoxlama oyunu olsa da, qələbə qazanmağa çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq. Baş məşqçinin Moldova ilə oyunda mənə şans verib-verməyəcəyi məşqlərdə özümü necə göstərməyimdən asılı olacaq. Düşünürəm ki, bundan sonra da yığmaya dəvət ala bilərəm. Amma gərək ilk növbədə “Kəpəz”də özümü yaxşı göstərəm. Klubda yaxşı oynasam, yəqin ki, yenə milliyə dəvət alacağam”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.