10 noyabr 2015 18:20
Stoyka Azərbaycanla oyun öncəsi jurnalistlərin suallarını cavablandıracaq
Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka Azərbaycan millisinə qarşı yoxlama matçı öncəsi jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən konfrans noyabrın 11-də Moldova Futbol Federasiyasının mənzil qərargahında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan - Moldova matçı noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək.
