10 noyabr 2015 17:40

Kaue: Belə davam etsə, hər şey Neftçi üçün daha pis nəticələnə bilər

"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 12-ci turunda "Rəvan"a qarşı keçirdikləri oyundan (2:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Birinci hissə bizdə hər şey yaxşı alındı. Xeyli qol vəziyyəti yaratdıq, rəqibə qol vurmaq üçün xüsusi şans vermədik. Amma ikinci yarıda hər şey biz istəyən kimi getmədi. Fasilədən dərhal sonra yol verdiyimiz iki səhv nəticəsində məğlub duruma düşdük. Demək olar ki, oyun bizim üçün pis alındı.

- Azarkeşlər oyunun gedişində sizin ünvanınıza heç də xoş olmayan sözlər səsləndirirdilər...
- Mən onların nə dediyini başa düşmürdüm. İstənilən halda bunu probleme etmirəm. Mən öz işimi görürəm. Çıxışım onların xoşuna gəlmirsə, etiraz edə bilərlər. Futbolda bu, normal haldır.

- 12 oyunda cəmi 3 qələbə. "Neftçi" hara gedir?
- Belə davam etsə, daha pis olacaq. Nəyisə dəyişmək lazımdır. Ola bilsin ki, hətta oyun üslubumuzu da. Azarkeşlər yalnız bizim oyunumuzu görürlər. Onlar komandada nə baş verdiyini, məşqlərimizi görmürlər.

- Olar ki, bunlar barədə danışasınız?
- Mən nəsə pis hadisələrin yaşandığını demirəm. Onu demək istəyirəm ki, hər şeyin yaxşıya doğru dəyişməsi üçün əlimizdən gələni edirik, məşqlərdə çox çalışırıq. Amma məğlubiyyətlər komandaya pis təsir edir. Hərdən biz gecələri yata da bilmirik.

- Futbolçular məşqlərdə çalışıb, bəhrəsini görmürsə, belə çıxır ki, problem baş məşqçidədir?
- Bilmirəm. Bu, sizin fikrinizdir. Mən sadəcə, öz işimi görürəm. Baş məşqçi nə deyirsə, onu da edirəm.

- Növbəti turda sizi "Xəzər Lənkəran"la oyun gözləyir...
- Bizim özümüzə gəlməyimiz, yaxşı hazırlaşmağımız üçün vaxtımız var. Səhvlərimizdən nəticə çıxarmalı və qarşıdakı oyunlarda uğur qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.