10 noyabr 2015 16:20

Mahir Mədətov: Millimizin uğur qazanması üçün əlimdən gələni edəcəyəm

Azərbaycanın U-19 yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı bu gün keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Ukrayna ilə oyuna hazırıq. Artıq çoxdandır bu kollektivlə birgə oynayırıq. Bircə baş məşqçimiz dəyişilib. Amma o da öz oyun fəlsəfəsini bizə aşılaya bilib. Hər şey normaldır. Rəqibin heyətində ucaboy futbolçular var. Onların yaxşı fiziki formada olduğunu əminliklə demək olar. Lakin hansısa xüsusi özəlliklərinin olduğunu deməzdim".

Mədətov U-19-un Premyer Liqamızda meydana çıxan tək-tük futbolçusundan biridir. Bu baxımdan ondan Ukrayna ilə oyunun taleyini həll etməsini gözləmək olarmı? Bu sualı Mahir belə cavablandırıb: "Futbol komanda oyunudur. Məşqçilərim uşaqlıqdan mənə bir şeyi deyiblər ki, istedadlı futbolçu komandasına çox kömək edə bilər. Amma çempion olmaq komanda oyunundan asılıdır. Yığmamızın da uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, digər uşaqlar da belə düşünürlər".

"Bizim üçün rəqibin kimliyi heç vaxt önəm kəsb etməyib. Seçmə mərhələnin bütün oyunlarına qələbə üçün çıxacağıq. Allah eləsin ki, müsbət nəticəyə nail olaq. Evdə oynayacağıq. Heç nədən qorxmamalıyıq. Belə bir yaşda hətta Braziliyaya da qarşı oynamağa hazırıq. Əsas oyuna yaxşı hazırlaşmaqdır. Matça pis hazırlaşan sonda meydanı məğlub tərk edir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.