10 noyabr 2015 15:40

İbrahim Şehiç: ÇL-in qrup mərhələsinə növbəti mövsüm vəsiqə qazanmağa çalışacağıq

Bosniya və Herseqovina yığmasının, eləcə də "Qarabağ"ın qapıçısı İbrahim Şehiç AÇ-2016-ya vəsiqə uğrunda İrlandiyaya qarşı keçirəcəkləri ilk pley-off oyunu (13 noyabr) öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

"Əlbəttə, İrlandiya ilə oyun bizim üçün çox çətin olacaq. Bu komanda qrupda birgə çıxış etdiyimiz Uels yığmasına bənzəyir. Fikrimcə, məşqçilər korpusu rəqibi yaxşı analiz ediblər. Bir neçə il öncə İrlandiyaya qarşı keçirdiyimiz oyunu da yaxşı xatırlayıram. Onlara qarşı oynamağın necə olduğunu bilirik".

Qapıçı "Qarabağ"la birgə avrokuboklardakı çıxışından da söz açıb: "Biz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Bunu hamı arzulayırdı. Amma Avropa Liqasında çıxış etmək məcburiyyətində qaldıq. ÇL-in qrupuna növbəti mövsümdə vəsiqə qazanmağa çalışacağıq. Ardıcıl ikinci il Avroliqanın qrup mərhələsində oynamaq da önəmlidir. Güclü qrupa düşmüşük. Növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.