10 noyabr 2015 14:20

Kazım Birkan: Bob Bredli mənim oyunumu bəyənir

Azərbaycanın U-19 yığma komandasının yarımmüdafiəçisi Kazım Birkan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Seçmə mərhələyə necə hazırlaşmısınız?
- Hər şey çox yaxşı alındı. Biz həm taktiki, həm də fiziki baxımdan yaxşı hazırlaşmışıq. Komandada ab-hava da çox yaxşıdır.

- Seçmə mərhələdə Ukrayna, Türkiyə, Bosniya və Herseqovina ilə qarşılaşacaqsınız. Növbəti mərhələyə çıxmaq şansınız var?
- Əlbəttə, şans var. Amma qrupumuz çox çətindir. İstənilən halda gücümüzə inanırıq və sonadək mübarizə aparacağıq. Allah eləsin ki, bu mərhələni keçək. İntizamlı oynasaq, buna nail ola bilərik. Hər şey özümüzdən asılıdır. Hədəfimiz hər üç oyunda qələbə qazanmaqdır. Komandamız ən yaxşısına layiqdir.

- Norveç "Stabek"ində işləriniz necə gedir?
- Hər şey əladır. Məni A komandasına keçiriblər. Sadəcə, hələ 18 yaşım tamam olmayıb. 18 yaşım tamam olan kimi klubla rəsmi müqavilə imzalayacağam. "Stabek"də məni sevirlər və dəstəkləyirlər.

- "Stabek"in baş məşqçisi Bob Bredli çox tanınmış mütəxəssisdir...
- Məni komandaya məhz o dəvət edib. Oyunum onun xoşuna gəlir.

- Bəs o, sərgilədiyiniz oyunu necə qiymətləndirir?
- Baş məşqçi mənim oyunumla bağlı yaxşı fikirdədir. Haqqımda çox yaxşı futbolçu olduğumu deyib. İntizamlı olmağım da onun xoşuna gəlir. Norveçdə topla oynamağı sevən az futbolçu var. Bredli də məndə məhz bu keyfiyyəti bəyənir. Topla oyamağı sevirəm. O, məni yığma komandaya buraxdı və uğurlar arzuladı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.