10 noyabr 2015 13:20
Zimbrunun kapitanı Azərbaycan üzərində qələbə istəyir
Moldovanın "Zimbru" klubunun kapitanı İon Jardan ölkəsinin yığma komandasının Azərbaycana qarşı keçirəcəyi yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu oyunda qələbə bizə hava-su kimi lazımdır. Moldova yığmasının hazırda FİFA reytinqindəki mövqeyi şəxsən mənim üçün çox utandırıcıdır".
