10 noyabr 2015 13:00
Azərbaycan yığması ilin son matçı üçün toplaşır
Bu gün saat 13:00-da Azərbaycan yığması Moldova ilə yoxlama matçının hazırlığına start verir. Azerisport.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı yığmamız yenə də milli komandaların "Dalğa Arena"dakı təlim-məşq bazasında bir araya gələcək.
Komandamızın məşqləri isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan - Moldova matçı noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək.
