10 noyabr 2015 12:00

İlqar Qurbanov: Çempion olduğum stadionun tribunalarını boş görmək üzücü idi

"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu, çox vacib oyun idi. Qələbə qazanıb, uğurlu seriyamızı davam etdirmək istəyirdik. Amma çətin olacağını da bilirdik. "Xəzər Lənkəran"ın heyəti daha çox gənc futbolçulardan formalaşıb. Onlar bizə az problem yaratmadılar. Bu oyunda cəmi bir qol vursaq da, əsas qələbə qazanmaq idi.

- Qazonun vəziyyəti sizə nə dərəcədə problem yaratdı?
- Meydanın vəziyyəti ağır idi. Amma biz buna baxmayaraq, mübarizə apardıq.

- Epizodların birində hakimlə çox kəskin mübahisə etdiniz. Həmin epizodda nə baş vermişdi?
- Hərdən belə olur. Ola bilsin ki, bu, oyunun tez-tez dayanmasından irəli gəlirdi. Belə qazonda təkbətək mübarizələr normaldır. Amma oyunun tempini bu qədər aşağı salmaq olmazdı.

- "Qarabağ" turnir cədvəlində yaxın izləyicilərindən xeyli uzaqlaşıb. Artıq indidən rəqibləriniz üçün əlçatmaz olduğunuzu demək olar?
- Mən belə deməzdim. Belə xal fərqləri əvvəllər də olmuşdu. Amma biz sonadək mübarizə aparmışıq.

- Yenidən Lənkəranda, keçmiş komandanıza qarşı oynamaq necə idi?
- "Xəzər Lənkəran"da gözəl günlərim keçib. Nə vaxtsa çempion olduğum bu stadionun tribunalarını boş görmək üzücü idi. Amma inanıram ki, XL əvvəlki günlərini geri qaytaracaq.

- XL bu heyətlə nəyə nail ola bilər?
- Bilmirəm. Bu barədə danışmağım düzgün olmaz.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsınız...
- Hazırda çempionatda qısa fasilə yaranıb. Bir qədər istirahət edib, qarşıdakı oyuna hazırlaşmaq istəyirik. "Kəpəz" əla komandadır, çox yaxşı baş məşqçisi var. Çətin olacaq. Amma biz meydana qələbə üçün çıxacağıq.

- Avropa Liqasının qrup mərhələsində sizi İngiltərə "Tottenhem"i və Belçika "Anderlext"i ilə oyunlar gözləyir. Qrupdan çıxmaq şansınız var?
- Şans hələ ki, bərabərdir. Çox maraqlı və çətin qrupumuz var. Biz maksimum nəticəyə nail olmaq istəyirik. Allah eləsin ki, buna nail olaq.

- Robert Prosineçki də Berti Foqts kimi sizi milliyə dəvət etmir. Xorvat mütəxəssisin diqqətini çəkmək belə çətindir?
- Mənim işim oynamaqdır. Bu, Robert Prosineçkinin qərarıdır. Hörmətlə yanaşıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.