10 noyabr 2015 00:15
Moldova yığmasının forvardı Azərbaycanla oyuna gətirilməyəcək
Noyabrın 17-də Bakıda Azərbaycan yığması ilə yoxlama oyunu keçirəcək Moldova millisinin heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, "Şerif" klubunun hücumçusu Radu Qınsar heyətdən çıxarılıb.
Yığmanın baş məşqçisi Ştefan Stoyka Bakıya 23 futbolçu gətirməli olacaq.
Qeyd edək ki, Azərbaycan - Moldova matçı noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək.
