10 noyabr 2015 00:25

Səlahət Ağayev: Qəbələ ilə oyuna ona görə çıxdıq ki, sentyabr ayının pulu ödənildi

"İnter"in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 12-ci turunda "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Qəbələdə bizi çətin oyun gözlədiyini bilirdik. Bu komanda ilə oyunlarımız həmişə çətin keçib. Bu oyunda da komandamız sonadək mübarizə apardı. İlk qol buraxan biz olsaq da, heç-heçəyə nail olduq.

- Bu, "İnter"in ardıcıl üçüncü heç-heçəsidir. Üç oyuna altı xal itkisi çox deyil?
- "İnter"in hansı vəziyyətdə olması hər kəsə yaxşı bəllidir. Belə vəziyyətdə bu cür oynamaq, xal qazanmaq qəhrəmanlıqdır.

- Matç zamanı meydan sahiblərinin azarkeşləri ilə probleminiz oldu. Nə baş vermişdi?
- Qapı arxasında əyləşmiş azarkeşlər təhqiredici ifadələr işlədirdilər. Onlara söyüş söyməmələrinə dair xəbərdarlıq etdim. Mən əcnəbi futbolçu deyiləm, azərbaycanlıyam. Onların da nə dediyini yaxşı başa düşürdüm.

- Klubun maliyyə durumunda irəliləyiş var?
- Xüsusi dəyişiklik yoxdur. Həmişəki kimi, çətin vəziyyətdəyik.

- Klub prezidentinin sözlərinə görə, futbolçular artıq sentyabr ayının pulunu alıblar. Bu, düzdür?
- Bəli, biz sentyabr ayının pulunu almışıq. Amma maaşı 50 yox, 30 gündən bir vermək lazımdır.

- Nə qədər dözmək fikrindəsiniz?
- Bizim klubla müqaviləmiz var. Ona görə də dözməliyik.

- Komanda yoldaşlarınız vəziyyət düzəlməyəcəyi təqdirdə "Qəbələ" ilə oyuna çıxmayacaqlarını demişdilər...
- Bəli, belə bir şey olub. Amma biz sentyabr ayının pulu ödənildiyinə görə oyuna çıxdıq. Bir daha deyirəm ki, maaşı 50 gündən bir vermək olmaz. Əvvəllər normal idi. Amma son vaxtlar çox gecikdirilir.

- Avrokubok oyunlarına görə mükafat nə oldu?
- Hələ heç bir xəbər yoxdur.

- Bəs rəhbərlik nə deyir?
- Hələ heç kim heç nə deməyib. Klubun prezidenti Georgi Nikolovdur, amma biz onun işini hiss etmirik. Klubda müraciət edəsi kimsə yoxdur.

- Vəziyyət dəyişməsə, qışda komandadan ayrılmağınız mümkündür?
- Mən komandanı hələ yayda tərk edə bilərdim. Təklif var idi. Amma bu klubun yetirməsi olduğum üçün qalmağa üstünlük verdim. Bundan sonra necə olacağını demək çətindir. Lakin kimsə komandadan getsə, onu bu qərarına görə günahlandırmaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.