10 noyabr 2015 00:05

Ruslan Abışov: İnanmıram ki, Roman Qriqorçuk bu vəziyyətdə Qəbələdən getsin

"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Son turlarda biz xeyli xal itirmişdik. Ona görə də bu gün qələbə qazanıb, vəziyyətimizi yaxşılaşdırmaq istəyirdik. Yenə bütün oyun ərzində hücum etdik, amma qol vəziyyətlərindən yaxşı yararlana bilmədik. Aydın məsələdir ki, tez bir zamanda vəziyyəti yaxşılaşdırmalıyıq. Əks halda hər şey daha da pis alına bilər. Ümid edirəm ki, yığmaların oyunlarına görə yaranan fasilə dönəmində komandamızın da işləri düzələcək.

- "Qəbələ"nin qələbə qazanmasına nə mane oldu?
- Siz də görürsünüz ki, biz çalışırıq. Sadəcə, top qapıya getmək istəmir. Komandamız sanki, tilsimlənib. Bu psixoloji səddi aşmağımız lazımdır.

- Nəticələriniz Roman Qriqorçukun komandadan gedəcəyi barədə yayılan xəbərlərdən sonra pisləşməyə başlayıb...
- Mən bu barədə danışmışam və bir daha deyirəm ki, onun komandadan getməsi barədə heç birimiz düşünmürük. Baş məşqçi də bizimlədir. İnanmıram ki, Qriqorçuk belə bir vəziyyətdə komandadan getsin.

- Sergey Zenyovun zədəsi oyununuza nə dərəcədə təsir etdi?
- Bəli. Çünki oyuna qədər biz məhz onun oynayacağını nəzərə alaraq taktika qurmuşduq. Amma matçın startı ərəfəsində Zenyovun heyətdən çıxarılması oyunumuza təsir etdi. Sadəcə, Samir Zərgərov onu layiqincə əvəz etdi.

- Ola bilər ki, bunlar hamısı yorğunluqdandır?
- Deməzdim ki, bunların hamısı yorğunluqdandır. Futbolçuların üzərində psixoloji təzyiq var. Bir qələbə hər şeyi qaydasına gətirəcək.

- Komandanız son iki oyunda öz meydanında qol buraxır...
- "Kəpəz"dən əks-hücum nəticəsində qol buraxdıq. "İnter"lə oyunda da demək olar ki, eyni şey oldu. Bu səhvlərdən nəticə çıxarmaq lazımdır.

- Noyabrın 17-də Moldova ilə yoxlama oyunu var. Sizcə, bu oyunun doldurulması mümkünsüz görünən Bakı Olimpiya stadionunda keçirilməsi nə dərəcədə düzgündür?
- Vacib oyundur. Oyunun keçirilmə yerinə gəlincə, bu qərarı AFFA qəbul edib və müzakirə etməyə dəyməz. Harada lazımdır, orada da oynamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.