9 noyabr 2015 16:00
I Divizionun oyun cədvəlində dəyişiklik edildi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 9-cu turun “Neftçala” – “Şəmkir” oyunu “Dalğa Arena”da keçiriləcək. Azerisport.az xəbər verir ki, buna səbəb Neftçala şəhər stadionunun ot örtüyünün oyun keçirmək üçün tam hazır olmamasıdır.
Eyni zamanda, canlı yayımla əlaqədar olaraq, “Bakı” – “Turan Tovuz” matçı 12 noyabr tarixində deyil, 11 noyabr tarixdə keçiriləcək.
