9 noyabr 2015 15:30

Tadas Simaitis: Qarabağa məğlub olacağımızı düşünmürəm, qalib də gələ bilərik

"Kəpəz"in qapıçısı Tadas Simaitis Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Qələbə hesabını qorumağınıza nə mane oldu?
- AZAL birinci hissədə yaxşı oynadı. İkinci hissədə isə biz yaxşı çıxış etdik. Bu, futboldur. Beş dəqiqənin içində hər şey dəyişə bilər. AZAL matçın sonlarında pressinq tətbiq etməyə başladı və qapımıza yol tapdı.

- Siz zərbəni dəf edə bilməzdiniz?
- (gülür) AZAL-ın futbolçusu 16 metrdən çox güclü və dəqiq zərbə endirdi. Həmin epizodda komandama kömək edə bilmədim. Amma qarşıdakı oyunlarda buna çalışacağam.

- Yəqin ki, oyundan öncə bu görüşdə 3 xal qazanacağınızı düşünürdünüz?
- Biz hər oyuna qələbə ümidi ilə çıxırıq. Sadəcə, bunun üçün meydanda mübarizə aparmaq lazımdır. Yaxşı oynayacaqsansa, qələbə qazanacaqsan. Əks halda uğur qazana bilməzsən.

- "Kəpəz" bu oyunda iki xal itirdi, ya bir xal qazandı?
- İki xal itirdiyimizi demək olar. Amma AZAL da yaxşı komandadır. Onların oyunu xoşuma gəldi. Aqressiv oynayırlar.

- Komandanız bu mövsüm avrokuboklara vəsiqə qazana bilər?
- "Kəpəz"in mövsümü neçənci pillədə başa vuracağını bilmirəm. Amma biz hər oyuna qələbə üçün çıxırıq və bunun üçün sonadək mübarizə aparırıq. Hər halda bizim üçüncü yeri tutmaq, avrokuboklara düşmək şansımız var. Hər şeyin necə başa çatacağını isə mövsümün sonunda görəcəyik.

- Qarşıdakı turda sizi "Qarabağ"la oyun gözləyir. Çempiondan xal ala, birinci dövrədəki məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Həmin görüşdə bərabər oyun getmişdi. Qapımıza iki penalti təyin olundu. Düşünmürəm ki, "Qarabağ"a yenə uduzacağıq. Mübarizə aparacağıq. Biz də qalib gələ bilərik, rəqib də. Bu, futboldur. "Qarabağ" da yaxşı komandadır.

- "Qarabağ"ın Reynaldosuz oynaması sizin üçün üstünlük sayıla bilər?
- Bunda problem yoxdur. Oynasa yaxşıdır. Oynamasa ondan da yaxşıdır (gülür). Amma belə "Qarabağ"da çoxlu yaxşı futbolçu var.

- Sizi niyə Litva yığmasına dəvət etmirlər?
- Yığmamızda yaxşı qapıçılar var. Arlauskis "Uotford"da, Karçemarskas "Qaziantepspor"da oynayır. Çernyauskas da yaxşı qapıçıdır. Litva yığmasında baş məşqçi dəyişikliyi baş verəcək. "Kəpəz"də yaxşı çıxış etsəm, yəqin ki, mənə də dəvət göndərərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.