9 noyabr 2015 11:15
Monako Qarabağla oyundan sonra məğlub oldu
Fransa çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi səfərdə "Bordo" ilə qarşılaşıb. Matç ağdamlıların rəqibinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Monako" 12 turdan sonra 20 xalla 9-cu pillədə qərarlaşıb.
