9 noyabr 2015 11:00
Millimizin sabiq futbolçusu 36 dəqiqə oynadı, komandası uduzdu
Türkiyə PTT 1-ci liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Alanyaspor"la qarşılaşıb. Matç 3:2 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. Budaq bu görüşə start heyətdə başlasa da, 36-cı dəqiqədə - hesab 2:2 olarkən əvəzlənib.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb.
