8 noyabr 2015 21:10
Qəbələnin rəqibi 3 qol vurdu, qələbə qazana bilmədi
Yunanıstan çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Pantrakikos"la qarşılaşıb. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.
Qeyd edək ki, PAOK geridə qalan turlarda topladığı 15 xalla 6-cı pillədə qərarlaşıb.
