8 noyabr 2015 14:30

Ansi Aqolli: Hələ qrupdan çıxmaq şansımızı itirməmişik

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Xəzər Lənkəran"ın zəif heyətlə, qeyri-sabit çıxış etdiyini nəzərə alsaq, bu rəqibə asanlıqla qalib gələcəyinizi gözləmək olar?
- Xeyr, çətin oyun olacağını düşünürəm. "Xəzər Lənkəran" doğma meydanda yaxşı oynayır. Həm də onlar bizə qarşı motivasiyalı oynayacaqlar. Lənkəranda oynamaq bütün komandalara çətindir. "Qarabağ"a da çətin olacaq. Amma biz qələbə qazanıb, turnir cədvəlindəki liderliyimizi möhkəmləndirmək istəyirik.

- "Monako" ilə heç-heçəni (1:1) necə şərh edə bilərsiniz?
- Fikrimcə, biz yaxşı oynadıq. Birinci hissədə əla çıxış etdik. Bunun da sayəsində qol vurduq. Amma "Monako"ya qarşı oynadığımızı unutmamalıyıq. Bu komandada yüksək səviyyəli futbolçular çıxış edir. İkinci hissədə qol buraxmağımız, qələbəni əldən verməyimiz də təsadüfi deyildi.

- Samuel Armenterosun qolundan sonra qələbə qazanacağınıza inanırdınız?
- Bəli, qələbə qazanacağımızı düşünürdüm. Buna çox inanırdım. Çünki komandamız yaxşı futbol göstərirdi. Monakoda da yaxşı çıxış etmişdik. Ona görə də Bakıdakı görüşdən qalib ayrılacağımıza inam böyük idi.

- Reynaldosuz oynamaq "Qarabağ"a çətindir?
- O, komandamız üçün vacib oyunçudur. Amma digər futbolçular da "Qarabağ" fayda vermək üçün əllərindən gələni edirlər. Misal kimi Armenterosu göstərə bilərəm. Reynaldoya da mümkün qədər tez sağalmağı arzulayıram.

- "Qarabağ"ın qrupdan çıxmaq şansları barədə nə düşünürsünüz?
- Əlbəttə, "Monako" ilə Bakıdakı oyunda 3 xal qazansaydıq, daha yaxşı olardı. Amma məyus olmağa dəyməz. Çünki hələ qrupdan çıxmaq şansımızı itirməmişik. Bu şansı əldən verməməyə çalışacağıq. Bizi daha iki oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, bu görüşlərdə maksimum xal toplayaq.

- "Tottenhem"ə qarşı keçirəcəyiniz növbəti oyunda qələbə qazanmaq şansınız nə dərəcədə çoxdur?
- Futbolda mümkünsüz heç nə yoxdur. "Tottenhem"ə qarşı həddən artıq diqqətli və böyük istəklə oynamalıyıq. Hədəf uğurlu nəticəyə imza atmaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.