8 noyabr 2015 11:40

David Petrkeviç: PAOK və Krasnodara qalib gəlmək istəyirik

"Qəbələ"nin qapıçısı David Petrkeviç Topaz Premyer Liqasının 12-ci turunun "İnter"lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Borussiya" (Dortmund, Almaniya) ilə oyunda dörd qoldan ikisini yaxın küncdən buraxdınız. Həmin zərbələri dəf edə bilərdiniz?
- Henrix Mxitaryanın zərbəsi zamanı topu çıxarmaq mümkünsüz idi. Amma Marko Roysun qolunu dəf etmək olardı. Bəxt çatmadı.

- Bəzi epizodlarda siz topu iki cəhddə dəf edirdiniz. Bu, sizin oyun təcrünizin olmamasından irəli gəlir?
- Sizinlə razılaşmıram. Yaxşı matç keçirdiyimi düşünürəm. Komandanı çoxlu qol epizodu zamanı xilas etdim. "Borussiya"nın meydanında çıxış etmək çox çətin idi.

- "Qəbələ"nin əsas qapıçısı Dmitri Bezotosnı zədəli olmasaydı, komandanız Dortmundda neçə qol buraxardı?
- (gülür) Bunu təxmin etmək çətindir.

- Siz "Borussiya" ilə 10 dəfə qarşılaşsanız, onların hamısında uduzarsınız?
- Bu komanda tam fərqli səviyyədədir. Onlar ümumiyyətlə bu turniri qazanacaq gücdədirlər.  Bir müddət öncə Çempionlar Liqasının finalında oynamaları da çox şeydən xəbər verir. Bizə gəlincə, qrupdan çıxmaq şanslarımız heçə ensə də, buna görə iddiamızı azaltmaq fikrimiz yoxdur. PAOK və "Krasnodar"a qalib gəlmək istəyirik.

- Amma qarşıda hələ "İnter"lə çempionat oyunu var...
- Qələbə qazanmaq lazımdır.

- Komandanız son üç turda özündən zəif rəqiblərə qalib gələ bilmir...
- Bizim bu baxımdan hansısa sualımız yoxdur. Oyuna köklənmək lazımdır. Fikrimcə, qalib gəlməyi bacaracağıq.

- Amma son uğursuzluqlar "Qarabağ"ın sizdən aralanmasına şərait yaratdı. Bu, ciddi fərqdir?
- Xeyr. Qarşıda çox oyun var. Biz hələ "Qarabağ"la daha üç oyun keçirməliyik. Bu, 9 xal deməkdir. Bu o deməkdir ki, biz onlardan hətta 4 xal önə də keçə bilərik.

- Legioner limitinə görə, "İnter"lə oyunda sizin Andrey Popoviçlə əvəzlənməyiniz mümkündür?
- Bu sual baş məşqçiyə ünvanlanmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.