8 noyabr 2015 11:20
Emil Balayevsiz Ayntraxtdan növbəti heç-heçə
Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Hoffenhaym" ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb.
