8 noyabr 2015 11:00
Eddi İsrafilov 90 dəqiqə oynadı, Eybar qalib gəldi
İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Xetafe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. İsrafilov bu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, "Eybar" hazırda 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
