7 noyabr 2015 20:40
Tərlan Əhmədov: Oyunçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. Gəncə klubu ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”.
