7 noyabr 2015 15:00
Rasim Ramaldanov: Qarabağ ilə oyunumuz çətin olacaq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 12-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ zədəmi tam sağaltmamışam. Oynayıb-oynamayacağımı demək çətindir. Amma "Qarabağ"la görüşdə meydana çıxmaq istəyərdim. Oyuna gəlincə, rəqibimizin gücü hər kəsə yaxşı bəllidir. Bizim heyətimiz hazırda zəifdir. Ağdamlılara qarşı oynamaq çətin olacaq. Amma uğurlu oynamaq üçün əlimizdən gələni edəcəyik".
