7 noyabr 2015 14:00
Bəhmən Həsənov: Neftçi ilə oyunda qələbəyə oynayacağıq
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 12-ci turunda "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyun bizim üçün bir şansdır. Onlar bu mövsüm sabit çıxış etmirlər. Bizim də nəticələrimiz hələlik, pisdir. Amma bu görüşdə qarşımıza maksimum hədəf qoymuşuq. Baxmayaraq ki, rəqibin də bizi məğlub etməyə çalışacağını bilirik. Heyətlə bağlı heç bir itkimiz yoxdur. Tam heyətlə hazırlaşırıq. Qələbəyə oynayacağıq".
