7 noyabr 2015 13:00
Almaniya - Azərbaycan matçında anşlaq olacaq
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycanın gənclərdən ibarət yığmaları arasında keçiriləcək oyunda anşlaq olacaq. Azerisport.az xəbər verir ki, artıq bu oyun üçün bütün biletlər satışa çıxarılıb.
Qeyd edək ki, bu oyun Regensburqdakı 15 000 azarkeş tutumuna malik "Kontinental Arena"da keçiriləcək. Noyabrın 13-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
