7 noyabr 2015 12:00

Qəbələ Türkiyədə 2-ci oldu

Türkiyədə keçirilən “Antalya Cup” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası turniri 2-ci pillədə başa vurub.

Dörd komandanın dairəvi sistemlə iki dövrədə mübarizə apardığı turnirdə “qırmızı-qaralar” 6 oyun keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda I dövrədə “Lokomotiv”ə (Moskva, Rusiya) 0:2 hesabı ilə uduzub, “Antalyaspor”a (Türkiyə) 3:1 hesabı ilə qalib gəldikdən sonra “Dunarea” (Rumıniya) ilə heç-heçə edib – 1:1. Rusiya təmsilçisi ilə ikinci qarşılaşmada da eyni hesabla (0:2) uduzan futbolçularımız, meydan sahiblərini yenə 3 qolla məğlub edib – 3:2. “Antalya Cup” turnirinin son turu öncəsi “Lokomotiv” 1-ci yeri təmin etdiyindən, Türkiyə klubu isə sonuncu olduğundan “Qəbələ” ilə “Dunarea” arasında qarşılaşma 2-ci yerin taleyinə aydınlıq gətirib. 1:0 hesabı ilə qalib gələn komandamız turnirdə 3-cü qələbəsini qazanıb. Bununla da xal hesabını 10-a çatdıran “Qəbələ” “Antalya Cup”da 2-ci yeri tutub.

Xatırladaq ki, Xaqani Məmmədovun yetirmələri U-15 Liqasında keçirdiyi 8 oyunun hamısında qalib gələrək liderlər qrupunda qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.