7 noyabr 2015 11:00
Dadaşov oynadı, komandası yenə darmadağın oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Babelsberq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
